TALEYİMDİR
Yazar: arzulu
Yaşamıram özüm üçün,
Öləziyən közüm üçün.
Hey gəzirəm dözüm üçün.
Bu mənim taleyimdir.
Bənövşələr üzə çıxdı,
Al lalələr dizə çıxdı.
Dərdin sayı yüzə çıxdı,
Bu mənim taleyimdir.
Baxış sayı: 1
Yazar: arzulu
Yaşamıram özüm üçün,
Öləziyən közüm üçün.
Hey gəzirəm dözüm üçün.
Bu mənim taleyimdir.
Bənövşələr üzə çıxdı,
Al lalələr dizə çıxdı.
Dərdin sayı yüzə çıxdı,
Bu mənim taleyimdir.
Baxış sayı: 1
Yazar: arzulu
Pəncərəmi naxış döydü,
Qəlbimi lal baxış döydü.
Başımızı yağış döydü,
Bu sevdadan ayılmadıq .
Qəm var məhəbbət içində,
Kin yatar nifrət içində.
Gülüm,səadət içində,
Xoşbəxtlikdən bayılmadıq.
Baxış sayı: 1
Yazar: arzulu
Qəlb qapısın möhkəm bağla,
Sirr-sözünü gizli saxla.
Ağlayanda tənha ağla,
Boğ içində qəhərini.
Düşmənlərdir solum-sağım,
Qara rəngə dönüb ağım.
Bar veribdir kədər bağım,
Necə yığım bəhərini.
Həyat dediyin bumudur,
Ömür axan bir sumudur.
Dərd-qəmi necə unudum,
Öyrət mənə təhərini.
Baxış sayı: 3
Yazar: arzulu
Alıbdır tənhalıq qoynuna məni,
Salıbdır fələyin oynuna məni.
Yandırır qəlbimi həsrət,hardasan?
Əl çəkmir yaxamdan xiffət,hardasan?
Ah-naləm əridər qayanı,daşı
Gölü dəniz edər gözümün yaşı.
Yansam sənin olsun külüm,hardasan?
Solub-saralıbdır gülüm,hardasan?
Dərdindən ürəyim düşübdür xəstə,
Qayıt,qoy can verim qolların üstdə.
Əlinlə qaz mənə məzar, hardasan?
Sənziz çətin keçir güzar,hardasan?
Baxış sayı: 1
Yazar: arzulu
Günəş ömrə nur çilədi,
Ziyasını gur çilədi.
Qəlb yanğıma “Şur” çilədin,
Tanrım,sənə minnətdaram.
Kim deyir qəlb aram oldu,
Məhəbbət dərd yaram oldu.
Yaşam mənə haram oldu,
Tanrım,sənə minnətdaram.
Həyatı sərt verdiyinçün,
Vəsli namərd verdiyinçün.
Bir belə dərd verdiyinçün,
Tanrım,sənə minnətdaram.
Baxış sayı: 1
Yazar: arzulu
Bir belə əzabçun, bir belə qəmçün,
Mən sənə borcluyam,borcluyam, ALLAH.
Qoy dua eyləyim taleyi kəmçün,
Yanında günahkar,suçluyam,ALLAH.
Sən mənim qəlbimə parlaq nur verdin,
Könlün qəm siminə “Segah”,”Şur”,verdin.
Şeriyyət çayını daha gur verdin,
İndi mən hamıdan güclüyəm,ALLAH.
Baxış sayı: 1
Yazar: arzulu
Yox yerdən möhtəşəm qala qurmusan,
Zalımların bəd işini burmusan.
Hamımızın keşiyində durmusan,
Yenə də pislərlə doludur sağ-söl,
Ya İlahi,özün mənə kömək ol,
Zülmət dünyamıza işıq saçarsan,
Şeytandan daima uzaq qaçarsan.
Bağlı qapıları üzümə açarsan,
Dərgahına uzanıbdır iki qol,
Ya İlahi, özün mənə kömək ol.
Baxış sayı: 0
Yazar: arzulu
Mənə dərd bəxş etdi bu məhəbbətim,
Tükənib taqətim,dözüm-qüvvətim.
Belə yaşamağa çatmır qüdrətim,
Göz yaşlarım sanki Kür,Nil İlahi.
Bu sevgini qəlbimdən sil,İlahi .
Sağalmayır xəstəliyim ,azarım,
Qəm çölünə düşüb mənim güzarım.
Diri ikən qazılıbdır məzarım,
Ağı deyər dodaqla dil,İlahi.
Bu sevgini qəlbimdən sil,İlahi.
Qəm çəkməyin əzabı çox,xeyri yox,
Bu vüsalın deyən mənə meyli yox.
Kim söyləyir indi Əsli,Leyli yox,
Onlar ilə məni tən bil, İlahi.
Bu sevgini qəlbimdən sil,İlahi.
Baxış sayı: 1